Beynəlxalq Hündür Binalar və Şəhər Yaşayış Yeri üzrə Şuranın yeni məruzəsinə görə, Türkiyənin "həm üfüqi, həm də şaquli” baxımdan sürətlə böyüyən iri meqapolisləri Avropa regionunda çempiondur.
Qaynarinfo bu barədə "Hürriyət"ə qəzetinə istinadən
xəbər verir.
Türkiyədə 67 göydələn var və onlardan 48-i İstanbulda - 16 milyondan çox əhalisi olan meqapolisdə - yerləşir.
Ölkədə daha səkkiz göydələn tikilir. O cümlədən maliyyə mərkəzi olan İstanbulda 350 metrlik hündürlüyündə olacaq Mərkəzi Bankın binası inşa olunur.
Göydələn 40 mərtəbədən yuxarı və təxminən 150 metr hündürlüyə malik daimi yaşayış üçün tikilən hündürmərtəbəli binalara deyilir.
Rusiya 51 göydələnlə regionda Türkiyədən sonra ikinci yeri tutur. Üçüncü yerdə Böyük Britaniya qərarlaşıb - 33 göydələn.
Almaniya, İspaniya və Polşada yüksək mərtəbəli binaların sayı müvafiq olaraq 20, 13 və 12-dir.
Türkiyənin paytaxtı Ankara 11 və digər əyaləti İzmir 6 göydələnlə Avropa şəhərlərinin ilk "onluğ"unda yer alır.
Dünya miqyasında isə Honq Konq 518 göydələnlə dünya şəhərləri arasında ön sıradadır.
"Top 100"də Türkiyədən yalnız iki şəhər var: İstanbul (31-ci yer) və Ankara (98-ci yer).
M.Arif
Şərhlər