Tünzalənin serialdakı rolunu o davam etdirəcək (VİDEO)
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın "Qaratikan” serialındakı rolunu davam etdirəcək həmkarı bəlli olub.
Qaynarinfo xəbər verir, bu barədə aktrisa Sonaxanım Əliyeva "Xəbər ətər” proqramında danışıb.
O bildirib ki, mərhum həmkarının rolunu özü davam etdirəcək: "Bu, çox ağır məsuliyyətdir. Bir səhnədən danışım, bizim ondan sonra ilk çəkilişimiz idi. Video çəkdik. İstəməzdik deyək ki, Allah rəhmət eləsin. Əksinə 15 fevral ad günündə ona təbriklərimizi bildirmək istəyərdik. Mən ilk çəkilişdə onun geyindiyi paltarları geyindim. Dilarə xanım həyətə girib məni gördü, diksinib ağladı. Dedi, elə bildim Tünzalə dayanıb”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər