Xəbər lenti

Tramp İrandan qorxur: Hökumətdən hərbi təyyarə və gülləkeçirməz qalxan istədi
Dünya 10:43 12.10.2024

Tramp İrandan qorxur: Hökumətdən hərbi təyyarə və gülləkeçirməz qalxan istədi

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı siyasətçinin müdafiəsi üçün hərbi vasitələr tələb edib. Səbəb isə İranın təhdidləridir.

Qaynarinfo "The Washington Post"a istinadən xəbər verir ki, ABŞ prezidentliyi yarışının son həftələrində Tramp kampaniyasının onun üçün hərbi təyyarə tələb etdiyini, iqamətgahları üzərində uçuşlara məhdudiyyətləri genişləndirdiyini və çıxış etdiyi yerlərdə gülləkeçirməz şüşə qalxanların quraşdırılmasını, habelə siyasətçini hərbi nəqliyyatda danışmasını istədiyini bildirib.

Məqalədə qeyd olunur ki, bu xahişlər fövqəladə və misilsizdir, yaxın tarixdə heç bir namizəd seçkidən əvvəl hərbi təyyarələrlə uçmayıb.

Jurnalistlər vurğulayıblar ki, bu istəklər Amerika kəşfiyyatına İranın fəal şəkildə Trampı aradan götürmək üçün səylərini davam etdirdiyinə dair məlumatlar əldə etdikdən sonra formalaşıblar. Eyni zamanda, dron və raketlərdən istifadə variantları rədd edilmir.

Bayden jurnalistlərə deyib ki, o, Trampın əlavə müdafiə tələbinin yerinə yetirilməsini əmr edib:

"O, F-15-i istəyənə qədər... Mən nazirliyə tapşırmışam ki, o, prezident vəzifəsində olan şəxs kimi nə istəyirsə, təmin edilsin. Bu kateqoriyaya uyğundursa, hər şey yaxşıdır. Amma yoxsa, ondan istifadə edə bilməz".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->