Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş "Təsir dairəsi” verilişində məlumat verib. O bidirib ki, prodüser polisə müqavimət göstərdiyi üçün saxlanılıb.
L.Azərtaş qeyd edib ki, T.Səmədovayla danışıb və prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər