Xəbər lenti

Tanınmış aparıcı etiraz etdi:
Ölkə 09:29 24.03.2023

Tanınmış aparıcı etiraz etdi: "Haqqımı halal etmirəm"

Tanınmış aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının mediada işıqlandırılmasına etirazını bildirib.

Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə öz spsial şəbəkə hesabında yazıb:

"Vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayıram. Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi?

Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam.

"Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->