Azərbaycanın Rusiyadakı səfirliyi idmançı Kamil Zeynallının hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərir.
Qaynarinfo xəbər verir ki, ölkəmizin Rusiyadakı səfirliyi Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Bu gecə Moskvanın Domodedovo Hava Limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb.
Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır”.
Bildirilib ki, fevralın 21-də səhər tezdən səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.
Hazırda Azərbaycan Respublikasının səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir".
Şərhlər