Tokio Universitetinin tədqiqatçıları İtaliyada qazıntılar zamanı ilk Roma imperatoru Auqustusun villasını aşkar ediblər. Təxminən 2000 il yaşı olan bina vulkanik kül təbəqəsinin altında qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Arkeonews" məlumat
yayıb.
Araşdırma bölgəsində Vezuvi dağının şimal yamacında qazıntılar aparılıb. Qədim mətnlər göstərir ki, Vezuvidən şimal-şərqdə imperator Auqustusun (eramızdan əvvəl 63 - eramızdan əvvəl 14) vəfat etdiyi villası olub. Lakin onun dəqiq yeri son vaxtlara qədər məlum deyildi.
Yapon alimləri binanın anbar kimi istifadə edilən hissəsini kəşf etməyə nail olublar. Divarda onlarla keramika amfora qabları quraşdırılıb. Həmçinin, yəqin ki, hamamın qızdırılmasına xidmət edən soba qalıqları da qorunub saxlanılır. Divarın bir hissəsi uçub və qədim kirəmitlər döşəməyə səpələnib.
Alimlər sobadan material nümunələri toplayıb və radiokarbon tarixləri təyin edib. Nümunələrin əksəriyyətinin I əsrə aid olduğu müəyyənləşib. Sonrakı nümunələr tapılmayıb və bu, həmin müddətdən sonra sobanın bir daha istifadə edilmədiyi qənaəti yaradıb.
Alimlər ayrıca hamamların yalnız nüfuzlu şəxslərin villalarında tikildiyini vurğulayıblar. Auqustusun öldüyü zaman bina tərk edilib və sonradan orada məbədi xatırladan bir şey ucaldılıb.
Villanın qalıqları eramızın 79-cu ildə Vezuvi püskürməsi zamanı məhv olub. "Arkeonews" xəbər verir ki, eyni fəlakət Pompey və Herkulaneum şəhərlərinin dağılmasına da səbəb olub.
Aydın
Şərhlər