Xəbər lenti

Rauf Əhmədov müştərilərin kartından pul oğurlayan “Unibank”ın əməkdaşı
Ekonomiks 18:54 06.03.2023

Rauf Əhmədov müştərilərin kartından pul oğurlayan “Unibank”ın əməkdaşı"nı azadlığa buraxdı

Bakıda bankların rəsmi səhifəsinə oxşar saxta "unibank_official", "leobank_az", "albali_az", "unibankofficial" və s. adlı səhifələr yaradaraq, özünü həmin bankların rəsmi nümayəndəsi kimi təqdim edən şəxs azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Cəlilabad şəhərində anadan olan Hüseyn (şərti) cinayət hadisəsini Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində, 250 nömrəli orta məktəblə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binada elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan "Xiaomi Redmi 9" markalı mobil telefonu vasitəsi ilə törədib. 

O, əvvəlcə 2022-ci ilin fevral ayında özünə məxsus olan telefondan "Instagram"da "Unibank Official" adlı səhifə açıb, həmin səhifədə rəsmi elanlara aid fotoşəkilləri paylaşıb, bununla da səhifənin "Unibank”a aid olması görüntüsü yaradıb. 

Bundan sonra müxtəlif şəxslər kredit almaq üçün həmin səhifəyə mesajlar yazıblar. O da kredit verilməsi üçün müraciət edən şəxsin kartında müəyyən pul vəsaitinin olmalı olduğunu bildirib. Bunun üçün kartın hesab nömrələrinin ona göndərmələrini istəyib. 

Bu yolla Hüseyn səhifə vasitəsi ilə müştərilərin kartlarını əldə edərək, hesablardan ümumilikdə 6935 manat pul çıxarıb.

Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin 26 noyabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 3 ay 2 gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->