Azərbaycan yığmasının və Tailandın "Buriram Yunayted" klubunun vingeri Ramil Şeydayev zorakılığa məruz qalıb.
Qaynarinfo Offsideplus.az-a istinadən xəbər verir ki, hadisə Asiya Çempionlar Liqasında "Zeyianq"la keçirilən matçdan sonra baş verib.
Belə ki, "Buriram Yunayted" bu kluba 2:3 hesabıyla uduzduqdan sonra hər iki klubun futbolçuları "bir-birinə giriblər".
Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.
Şərhlər