Göygöl rayonunda bələdiyyə sədrinə məxusus olan "Alik" Firması barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Rza Camal oğlu olan firma barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Göygöl rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatındadır.
Qeyd edək ki, son ildə "Alik" Firması Göygöl İcra Hakimiyyətinin keçirdiyi onlarla tenderlərin qalibi olub. Şirkətin rəhbəri Rza Məmmədov Üçtəpə bələdiyyəsinin sədridir.
Aydın
Şərhlər