"Belə təkliflərin səslənməsi Rusiyanın növbəti təxribatıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya mətbuatının Çinin Qarabağla bağlı "Honq Konq modeli”ni Azərbaycana təklif edə biləcəyinə eyham vurmalarına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, bu məsələni gündəliyə gətirənlər bilməlidir ki, Honq Konq uzun müddət İngiltərənin işğalında olub, amma ayrıca dövlət olub. "Bu modeli Qarabağa tətbiq etməyi ortaya atmaqla Moskva əslində "dəlinin yadına daş salır”, - deyə politoloq vurğulayıb.
"Honkonq 1997-ci ildə Çinə birləşdirilir. Ona qədər 200 il ərzində İngiltərəyə icarəyə verilmişdi. İcarə müddətinin bitməsilə Çin yenidən Honq Konqun geri aldı. Azərbaycan nə vaxtı ermənilərlə icarə müqaviləsi bağlayıb və Xankəndini onların icarəsinə verib? Digər tərəfdən, ermənilər hansı ağılla özlərini Honq Konq səviyyəsində görürlər? Ermənilər nə qədər çabasalar da, Honq Konq səviyyəsində ola bilməzlər. Bu sayaq addımlar Rusiyanın təxribatıdır və onun üzərinə getmək lazımdır. Azərbaycan heç zaman Qarabağ üçün "Honq Konq modelini” qəbul etməyəcək”.
Qeyd edək ki, bir sıra Rusiya mətbuatında yazılan məqalələrdə Azərbaycanın Qarabağ bölgəsi üçün "Honq Konq modeli” təklif olunur. Belə ki, Rusiya qəzetlərinin birində yayımlanan məqalədə "Honq Konq modeli”ni Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırlıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər.
Xatırladaq ki, Honq Konq "bir ölkə, iki sistem” kursu əsasında 1997-ci ildə Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşsa da, Honq Konqda çoxpartiyalı sistem mövcuddur. Honq Konq Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir”.
Rüfət Sultan
Şərhlər