"Qarabağ” muğam qrupu Özbəkstanda səfərdə olub.
Bu barədə Qaynarinfo-ya Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov məlumat verib. Onun sözlərinə görə, səfər Özbəkstan Mədəniyyət Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə baş tutub:
"Qarabağ” muğam qurupu olaraq xanəndə, xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə xalq artsiti, tarzan Elçin Həşimov, nağara ifacısı Vüsal Bayramov və mənim iştirakımla "Dostluq körpüsü” adlı konsert proqramını Özbəkstanın Daşkənd şəhərində, məşhur Türküstan sarayında təqdim etdik. Çox möhtəşəm konsertimiz oldu. Konsertdə Özbəkstanın dövlət məmurları, nazirlik əməkdaşları, tanınmış musiqişilər iştirak etdi. Həmin musiqişilərin arasında Mənsum İbrahimovun bir tələbəsi var idi. Özbəkstanda yetərincə tanınmış müğənni, əməkdar artist Ulduz Turdiyeva da konsertdə bizimlə birgə çıxış etdi. Ulduz xanım 2009-cu ildə Azərbaycanda keçirilən Beynəlxalq Muğam müsabiqəsinində birinci yeri tutub. O, konsertdə Mənsum İbrahimovla duet oxudu və bu, tamaşaçılar tərəfindən gözəl qarşılandı”.
Elnur Əhmədov Özbəkstandan gözəl təəssüratla ayrıldığını vurğulayıb:
"Konsertdə Özbəkstanın müxtəlf şəhərlərindən dəvət olunan qonaqlar da iştirak edirdi. Yadda qalan məqamlar oldu. Mədəniyyət Nazirliyinin əməkdaşları bizə Özbəkstanın milli geyimlərini hədiyyə elədilər. Konsertdə həmin paltarları geyindik. Bizim üçün bu hədiyyələr gözlənilməz oldu. Konsertdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edirdi. Konsetdən sonra Daşkənddə Heydər Əliyev Mərkəzini ziyarət elədik, görülən işlərlə tanış olduq”.
Elnur Əhmədov səfər zamanı yeni təkliflər aldığını da deyib.
Bahar Rüstəmli
Şərhlər