Xəbər lenti

Parçalanmış ittifaqlar birləşdi, narazılıq bitmədi - Oqtay Mirqasımov qurultayı tərk etdi
Sənət 16:54 05.03.2024

Parçalanmış ittifaqlar birləşdi, narazılıq bitmədi - Oqtay Mirqasımov qurultayı tərk etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən qurultayında gərgin anlar yaşanıb. 
 
Qaynarinfo xəbər verir ki, Xalq artisti Oqtay Mirqasımov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının birləşməsinin əleyhinə olduğunu açıqlayıb. 

Lakin qurultay iştirakçılarından onun təklifinə dəstək olmadığı üçün Oqtay Mirqasımov tədbiri tərk edib.

Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. O, Qaynarinfo-ya açıqlamasında suala cavab verməkdən yayınıb:

"Sizin dediyiniz məsələ 50-nin 50-yədir".

Qeyd edək ki, Xalq artisti Oqtay Mirqasımov Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb. 

Onu da qeyd edək ki, qurultayda ittifaqlar birləşib və Rasim Balayev sədr seçilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->