Xəbər lenti

Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri (VİDEO)
Video 10:55 27.05.2023

Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri (VİDEO)

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gözəldir” (Fəryad 2) filminin Bakı premyerası baş tutub.

OLAY yazır ki, ekran işi YARAT incəsənət mərkəzində təqdim edilib. Filmdə "SOY” prodakşının mərhum rəhbəri Oqtay Əliyevin səhnələri xüsusilə diqqət çəkib. 

Belə ki, erməni obrazını oynayan O. Əliyev həm də  filmdə düşmənlərimizin dilində danışıb. Uşaqlıq illəri İrəvanda keçən Əməkdar mədəniyyət işçisi ekran işi üçün öz ailə üzvlərini də layihəyə cəlb edib. 

Bununla bağlı V. Mustafayev də çıxışı zamanı danışıb. O əvvəlcə zalda əyləşən mərhum prodüserin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanı salamlayıb:

"Görkəmli aktrisamız Dilarə xanımın qarşısında baş əyirəm. Oqtay Əliyev çox istedadlı şəxsiyyət idi. Filmə erməni dilində çəkildi. Öz xanımını, valideynləri, görkəmli aktyor və aktrisamız Elmira xanımı, Vidadi müəllimi, Dilarə Əliyevanın qardaşını, öz qardaşını gətirdi. Onlar filmin səsləndirilməsində mühüm rol oynayıb. Allah Oqtaya rəhmət etsin. Biz onu heç vaxt unutmayacağıq. Allah sizin canınızı sağ etsin, Dilarə xanım, gələn filmdə sizi mütləq çəkəcəyəm”.

Xatırladaq ki, ekran işi ilk dəfə ötən il Korkut Ata Film Festivalında nümayiş etdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->