Xəbər lenti

Nigeriya
Dünya 14:23 03.03.2024

Nigeriya "Binance"i milli valyutanın çökdürməkdə ittiham etdi - 10 milyard təzminat

Nigeriya hökuməti ən böyük kriptovalyuta birjası "Binance"dən 10 milyard dollar məbləğində təzminat ödəməyi tələb edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, buna səbəb milli valyuta nairanın məzənnəsini manipulyasiya etmək ittihamları olub.

Nigeriya prezidentinin adı açıqlanmayan məsləhətçisinin sözlərinə görə, "Binance" spekulyasiya yolu ilə Nigeriyada valyuta məzənnələrinin artmasına təsir göstərib və bu səbəbdən son aylarda nairanın dəyəri təxminən 70% ucuzlaşıb.

"Biz məzənnəni sabitləşdirməyə çalışdığımız zaman "Binance" iqtisadiyyata sürətlə təsir edərək dərəcələri manipulyasiya edir", məsləhətçi bildirib.

O əlavə edib ki, kriptovalyuta birjası digər oxşar şirkətlər kimi Nigeriyada qanuni qeydiyyata alınmayıb. Onun sözlərinə görə, səlahiyyətlilər kriptovalyuta saytlarını blokladıqdan sonra Nigeriyaya uçan "Binance" rəhbərləri sorğu-sual üçün saxlanılıblar. Prezidentin sözçüsü bildirib ki, onlar valyuta bazarında manipulyasiya ilə bağlı aparılan araşdırma çərçivəsində dindirilirlər.

2023-cü ilin əvvəlində Nigeriya Mərkəzi Bankı kriptovalyutalarla əməliyyatlara qoyulan qadağanı ləğv edib, lakin banklar üçün məhdudiyyətlər hələ də qalmaqdadır.

Qeyd edək ki, Nigeriya Afrikanın ən böyük iqtisadiyyatıdır və eyni zamanda dünyanın ən böyük kriptovalyuta bazarlarından biridir.

Çərşənbə axşamı Nigeriya Mərkəzi Bankının rəhbəri Olayemi Kardoso "Binance Nigeria"nın 26 milyard dollar dəyərində izlənilə bilməyən vəsaitlərini köçürdüyünü elan edib.

Reuters xəbər agentliyinə görə, Nigeriyanın ümumi gəlirinin və ya ÜDM-nin təxminən 12%-nə bərabər olan kriptovalyuta əməliyyatları 2023-cü ilin iyun ayına qədər baş verib.

Hökumət bildirir ki, Nigeriyada kriptovalyutalar qanunsuz deyil, lakin firmalar orada fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməlidirlər. Nigeriya prezidentinin xüsusi müşaviri BBC-yə bildirib ki, "Binance" bunu edə bilməyib.

Keçən il vəzifəyə gəldikdən sonra prezident Bola Tinubu nairanı dollara bağlamaq siyasətini ləğv edib, treyderlərə valyutanı bazarın müəyyən etdiyi məzənnələrlə alıb-satmasına icazə verib. Lakin xüsusi məsləhətçi Bayo Onanuqa bildirib ki, son çöküş normal fəaliyyətin nəticəsi deyil.

Nairanın çöküşü ilə yanaşı, hökumət kriptovalyutanın çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üçün istifadə edildiyini də bildirir. Nigeriya Maliyyə Kəşfiyyatı Birliyinin son hesabatında deyilir ki, kriptovalyuta sisteminə xas olan anonimlik və məxfilik fərdləri, xüsusən də qeyri-qanuni niyyətləri olanları ondan istifadəyə cəlb edən şeydir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->