Xəbər lenti

Nazirlik Əməkdar artistin dəfn xərclərini qarşılayacaq
Sənət 18:04 22.01.2023

Nazirlik Əməkdar artistin dəfn xərclərini qarşılayacaq

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi sabah saat 11-də Heydər məscidində təşkil olunacaq: "Sabah Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə bütün sənət dostlarımız adından təşəkkür edirəm".

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->