Dünya ölkələri dəniz yük daşımaları və aviasiya sahəsində xüsusi verginin (həmrəylik vergisi) tətbiqini müzakirə edirlər.
Bunu "Report”a açıqlamasında COP29-un prezidenti Muxtar Babayev məlumat verib.
"Bir neçə ölkə dəniz nəqliyyatı ilə yük daşınmasına, hava səyahətlərinə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib ki, bu da əsasən "biznes klass” sərnişinlərinə və ya çarter reyslərə və s. şamil edilir. Hər kəsin yanaşması fərqlidir, bu, müzakirə mövzusudur. Belə təşəbbüslər üçün biz Bakıda belə məsələlərin müzakirə oluna biləcəyi platformalar açmağa hazırıq”, - o bildirib.
Onun sözlərinə görə, bu ideyanı fəal şəkildə təbliğ edənlər arasında Barbadosun Baş naziri Mia Mottli də var: "Qərarları Azərbaycan qəbul etmir, ölkəmiz platformalar yaradır və müzakirələr zamanı 200 ölkə razılığa gəlməlidir”.
Ötən həftə BMT-nin Baş katibi Antonio Quterreş karbon emissiyalarının və fossil yanacaqlarla işləyən şirkətlərin izafi mənfəətini vergiyə cəlb edilməli olduğunu bildirib [belə adlandırılan windfall tax].
Şərhlər