Xəbər lenti

Sənət 18:03 24.03.2023

"Muğamı mərsiyə kimi oxuyurlar" - Brilyant Dadaşova

"Deyirlər ki, nə var, oxuyub pul qazanırlar. Bir konsert, televiziya proqramı, xalq konserti, stadionlardakı çıxışlardan bir qəpik qazanmamışam. Xalqımız üçün getmişəm. Əksinə, toya gedib aldığım pulla mahnı almışam, geyim, saç, makiyaj etdirmişəm. Gedib canlı oxumuşam. İndi rayonlarda konsert edirlər, fonoqramı qoyurlar, tamaşaçı da uzaqda. Hərə bir fonoqram oxuyur gedir. Yaxşı deyil. Deyirdim ki, ya biz tamaşaçı üsünə getməliyik, ya da onlar gəlib bizi bastalayacaqlar. Ona görə gedib tamaşaçılarla oxuyurdum".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Brilyant Dadaşova "Xəzər axşamı" verilişində deyib. Müğənni xalq konsertlərindəki çıxışlardan danışıb. Dadaşova yeni mahnıları tənqid edib:

"İndikilər konservatoriya oxumaq istəmir. Deyir, tez toya gedim və pul qazanım. Mən müğənni olmağıma baxmayaraq, dedim, universitet oxumalıyam. İndi muğamı da mərsiyə kimi oxuyurlar. Bu da təhsilin olmamasından irəli gəlib. Mahnıların qol-qanadını sındırıb, nəsə icad edirlər. Velosipeti icad etmək lazım deyil. Onu sürmək lazımdır. İndi baxıram klassik mahnılara nələrsə qatırlar. O biri təbəqə isə fars, ərəb, hind mahnısı oxuyur. Hind mahnısını hind, ərəb mahnısını ərəb dilində xoşlayıram. Olmaz bizim musiqiyə belə şeylər qatmaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->