"Gərək masaya əl çırpılsın ki, bu problem həll olunsun, yoxsa dayanmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev vətəndaşları zərərli vərdişlərə sövq edən mahnılardan danışarkən deyib.
Sənətçi bildirib ki, məsul redaksiyalar, qurumlar mahnılarda dil qüsurlarının olmasına görə məsuliyyət daşıyır:
"Mahnılar bir yana, yazılan şair və bəstəkarların adları səhv gedir. Heç kim də həmin səhvləri düzəltmək istəmir, elə də oxuyurlar. Bu, adi hala çevrilib. Əvvəl Bədii Şuradan keçməyən mahnını efirə vermirdilər. İndi efir də çoxalıb, hələ oxuyan da. Müğənni nə gəldi oxuyur, bəlkə içində söyüş var? Gəlir efirə, əlində gətirdiyi diski verir, vəssalam, baxan da yoxdur”.
Mübariz Tağıyev dili qüsurlu olan mahnıların müəlliflərinə cəza verilməsini təklif edir:
"Bu mahnıları yazanlara və oxuyanlara necə cəza verilməlidr, bilmirəm. Müəllif Agentliyi var və bu məsələ ilə məşğuldur. Bəlkə bu mahnılardan qeydiyyadan keçəni var. Günah həmin mahnıları efirə verənlərdədir. Yoxlanmamış, baxılmamış mahnını efirə necə veriblər? Bunların qarşısı alınmalıdır. Yerindən duran bəstəkar və şairdir”.
Qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. Siyahı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.
Bahar Rüstəmli
Şərhlər