Xəbər lenti

Millimizin yeni baş məşqçisi vəd verdi:
İdman 12:24 13.06.2024

Millimizin yeni baş məşqçisi vəd verdi: "Tarix yazacağıq"

"AFFA rəhbərliyinə mənə etimad göstərdiyi üçün təşəkkür edirəm. Onların fikirləri, düşüncələri mənə maraqlı oldu. Bu, qərar verməyimdə rol oynadı".

Bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində bildirib.

"Bizim proses barədə danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Təbii ki, qarşılıqlı anlaşma, bir-birini başa düşmək çox önəmlidir. Bu gün burada otururamsa, deməli AFFA rəhbərliyi layihələrin həyata keçirilməsində doğru adam kimi məni görür.

Bu layihə uzunmüddətli layihədir. Mənə elə gəlir ki, bir yerdə biz böyük uğura nail olub tarix yazacağıq. Ələ-ələ verib işləmək lazımdır. Ümid edirəm ki, Azərbaycan yığması mənim rəhbərliyim altında hansısa böyük yarışın final mərhələsində iştirak edəcək. Mənə daha yaxşı təkliflər də var idi, amma AFFA-nın təklifi diqqətimi cəlb etdi”, - baş məşqçi vurğulayıb.//Qafqazinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->