"5 partiya Kamal Kılıçdaroğlu namizəd olsun dedi. Biz iki isimlə bağlı fikrimizi bildirdik".
Qaynarinfo xəbər verir ki, bu sözləri İYİ partiyanın sədri Meral Akşener bu gün keçirdiyi brifinqdə bildirib.
Partiya lideri "Altılı masa"nın vahid namizədinin müəyyənləşdirilməsi ilə balı danışıb və CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına tərəfdar olmadıqlarını bildirib:
"Bizim namizədimi Mansur Yavaş və Əkrem İmamoğlu idi. Təəssüf ki, təkliflərimiz masadakılar tərəfindən rədd edildi".
Meral Akşener "Altılı masa"nı tərk etdiklərini bildirib: "Nə biz qumar masasında, nə də notarius masasında olmayacağıq. Milletimizin qazanma ümidini yox etməyəcəyik".
Aydın
Şərhlər