Xəbər lenti

Meral Akşener “6-lı masa”ya qayıda bilərmi? - Ekspert
Dünya 14:45 04.03.2023

Meral Akşener “6-lı masa”ya qayıda bilərmi? - Ekspert

"İYİ Partiyasının bu addımı Türkiyə siyasətində zəlzələ effekti verdi. Bu fonda Ərdoğan iqtidarı hazırkı mərhələdən çox məmnundur ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyədəki seçkilər ərəfəsi müxalif "6-lı masa” ətrafında cərəyan edən prosesləri şərh edərkən deyib:
 
"İYİ Partiyanın son açıqlaması və qərarları gözlənilməz oldu. Seçkilərə az qalıb. Digər tərəfdən, İYİ partiya belə reaksiya verirdisə, onu indi niyə edir? Bir ildir ki, Kılıcdaroğlunun adaylığı gündəmdədir. Fikrimcə, İYİ Partiyasının bu addımı siyasi taktika baxımından sürpriz sayıla bilər. Meral Akşenerin yenidən "6-lı masa”ya dönməsinə gəldikdə, bu, mümkündür. Şərtlər razılaşdırılsa, geri dönə bilər.
 
"6-lı masa” toplantısından öncə Akşenerlə Kılıcdaroğlu görüşüb. Ola bilsin ki, orada hansısa məsələdə razılığa gələ bilməyiblər. Ona görə də Akşener belə reaksiya göstərib. Müxalifətin əsas layihəsi olan "6-lı masa”da qarışıqlıq baş verdi. Türkiyə seçicisi isə qarışıqlığı sevmir. Yaranmış vəziyyət Ərdoğanın seçilmək imkanlarını gücləndirən motiv kimi təhlil edilə bilər.
 
Hər şey önümüzəki dönəmdə Meral Akşenerin necə reaksiya verməsindən, özünün namizəd olması və ya başqa birisini namizəd göstərməsi, digərlərilə ittifaqa daxil olub-olmamasından asılı olacaq. Böyük ehtimalla öz namizədliyini verəcək. Yaxındakı dönəmdə atılan bu addımın taktiki həmlə, yoxsa tamamən qopuş olduğu bəlli olacaq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->