"Bu böyük bir səhvdir. Burada nəinki gənclərin, daha çox cəmiyyətin günahı var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan gəncdən danışarkən deyib. Xalq artisti belə hadisələrə münasibətinin mənfi olduğunu açıqlayıb:
"Üzeyir bəy Hacıbəyov bizi dünyaya tanıdan bəstəkar, milli musiqimizin banisidir, hər birimiz ona hörmət etməliyik. Düşünürəm ki, Azərbaycanın böyük şəxsiyyətləri orta məktəblərdə, baxçalarda, cəmiyyətdə, gənclər arasında və ailələrdə daha çox təbliğ olunmalıdır ki, gənclik onları yaxşı tanısın. Çox təəssüf...Bəzən görürsən ki, bizim gəncliyimiz böyük şəxsiyyətləri yaxşı tanımırlar. Yəqin biz onları az təbliğ edirik”.
Mənsum İbrahimov hesab edir ki, Üzeyir bəyə ayaqqabı atan gənc bunu düşünmədən edib:
"Mən gənclik haqqında yaxşı düşünürəm. Ona görə ki, Qarabağı alan, böyük qəhrəmanlıq göstərənlər də igid gənclərimizdir. Düzdür, aralarında tək-tük pis olanları da var, amma biz də cəmiyyət olaraq bundan narahat olmalıyıq”.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub. Görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar. DİN-in mətbuat xidmətinin məlumatına əsasən Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərdən biri həbs edilib, digəri cərimələnib.
Bahar Rüstəmli
Şərhlər