"Şəhid İsrafil İbrahimovun il mərasimi idi, ailəsi də həmin tədbirə gedirdi”.
Bunu Qaynarinfo-ya Xalq artisti Mənsum İbrahimobv qəzadan danışarkən deyib.
O bildirib ki, yaralananların müəyyən xəsarətləri var, amma təhlükəli deyil:
"Hadisədir, adam bilmir başına nə gələcək. Şəhidin nənəsi rəhmətə gedib”.
Qeyd edək ki, Kürdəmirdə ağır yol qəzası baş verib. 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.
Xatırladaq ki, sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır.
Bahar Rüstəmli
Şərhlər