Xəbər lenti

“Məcburi pensiya yaşı 70-ə qaldırılmalıdır” - Partiya sədri
Ölkə 16:22 06.05.2022

“Məcburi pensiya yaşı 70-ə qaldırılmalıdır” - Partiya sədri

"Pensiya yaşı 70-ə qaldırılmalı, insanlara işləmək üçün şərait yaradılmalıdır”.

Qaynarinfo xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deputatların pensiya yaşı kişilər üçün 65-dən 60-a, xanımlar üçün isə 50 yaşa endirilməsi ilə bağlı təklifləri şərh edərkən deyib. Sədr bunun yanlış qərar olduğunu hesab edir:

"İnsanlara sərbəstlik verilməlidir, məcburi pensiya insan hüquq və azadlıqlarının pozulması deməkdir. Əgər bir vətəndaşın əmək qabiliyyəti yerindədirsə və işləmək əzmindədirsə, niyə, nə səbəbdən 50-60 yaşında pensiyaya çıxmalıdır? Düşünürəm ki, pensiya yaşı ilə bağlı aşağı yaş senzinin tətbiqi yolverilməzdir. Əksinə, insanlara işləmək üçün şərait yaradılmalı, iş yerlərinin açılması barədə düşünmək lazımdır. Düşünürəm ki, insanların pensiyaya çıxması 2 formatda təmin edilməlidir:

- məcburi pensiya yaşı 70-ə qaldırılmalı;
- könüllü pensiya yaşı isə 60-a endirilməlidir. 

Belə olacağı halda, əmək qabiliyyətini qismən və ya tam itirmiş şəxs könüllü olaraq 60 yaşında pensiyaya getməli, əmək qabiliyyətli şəxslərə isə 70 yaşa qədər işləmək üçün şərait yaradılmalıdır. Bu halda dövlətin yükü də azalmış olar, pensiya alan şəxslərin də pensiyalarında ciddi artım təmin olunmuş olar”. 

Partiya sədrinin fikirincə, ömrünü dövlətinə, millətinə və xalqına həsr etmiş insanların əmək hüquqlarının pozulması yolverilməzdir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->