Xəbər lenti

Dünya 13:10 01.08.2023

"McDonald's" gələn ildən başqa brend altında bazara daxil olacaq

"McDonald's" mini-restoran konsepsiyasının həyata keçiriləcəyi "CosMc's" adlı yeni restoran brendi yaradır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Yeni obyektlər gələn il istifadəyə veriləcək.

CNBC-nin məlumatına görə, 2024-cü ilin əvvəlində şirkət "məhdud coğrafiyada" bir neçə yerdə "CosMc"ni sınaqdan keçirəcək.

Qeyd olunur ki, "CosMc" personajı onilliklər əvvəl "McDonald's" reklamında görünüb. Bu, "McDonald's" yeməyinə "susamış” kosmosdan gələn yadplanetli obrazıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->