Honq-Konqda keçirilən "Standard Chartered Hong Kong" marafonu zamanı bir idmançı ölüb, 842 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RTHK məlumat yayıb.
Yarış yanvarın 21-i səhər saatlarında baş tutub. Radiostansiyanın məlumatına görə, yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 09:15) polisə məlumat daxil olub ki, marafondan sonra təxminən 30 yaşlı iştirakçı biri metro stansiyasının platformasında huşunu itirib. O, xəstəxanaya aparılıb, amma həkim müdaxiləsinə rəğmən dünyasını dəyişib.
Yarış zamanı və yarışdan sonra əsasən burxulma və əzilmələrdən əziyyət çəkən 842 idmançı kömək üçün həkimə müraciət edib. 34 qaçışçı xəstəxanaya göndərilib, onlardan birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta-ağırdır.
Bir nəfər 10 kilometrlik yarışın finiş xəttinə çatanda yıxılıb və ürəyi dayanıb, lakin onun vəziyyəti yaxşılaşır.
Qeyd edək ki, kişilər arasında 42 km məsafəni 2 saat 12 dəqiqə 50 saniyəyə qət edən Keniyadan Anderson Seroy marafonun qalibi olub. Qadınlar arasında marafonun qalibi olan efiopiyalı Medina Armino isə bu məsafəni 2 saat 28 dəqiqə 47 saniyə qət edib.
Aydın
Şərhlər