Xəbər lenti

Dünya 17:30 12.06.2024

"Makron Yeni Kaledoniyada məğlub oldu" - Deputat

Yeni Kaledoniya sakinlərinin Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsi öz bəhrəsini verib. Belə ki, Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb. Bu barədə "Reuters” məlumat yayıb.

2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlamışdı. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Makronun Yeni Kaledoniyada keçirmək istədiyi seçki islahatını dayandırması heç də onun demokratik, yerli xalqların istəyinə hörmətlə yanaşmasından irəli gəlmir, o, sadəcə olan-qalan imicini qorumaq üçün həmin addımı atmağa məcbur olub:
 


"Makronun ölkə daxilində siyasi nüfuzu xeyli düşüb. Avropa Parlamnetinə son seçkilərdə Makronun partiyası sarsıdıcı məğlubiyyətə uğradı. Onun təşkilatı qalib gələn partiyadan iki dəfədən də az səs toplayıb. Belə vəziyyətdə Yeni Kaledoniyada seçki islahatlarında təkid etsəydi, bu Makron üçün daha bir zərbə olacaqdı. Ona görə də Makron zədələnən imicini qorumaq üçün həmin addımı atmağa məcbur oldu. Bu heç də onun demokratik düşüncəsindən, yerli Kaledoniya xalqının istəyinə hörmətlə yanaşmasından irəli gəlmir. Söhbət məcburiyyətdən, yerli xalqın öz hüquqlarını qoruya bilməsindən gedir. Yeni Kaledoniyadakı etiraz aksiyalarında Azərbaycan bayrağının qaldırılması da, oradan çəkilən foto və videoların dünyada yayılması Parisin Azərbaycana qarşı ədalətsiz mübarizədə uduzduğunu, əzilən xalqların Azərbaycanın timsalında özlərinə nümunə gördüklərini ortaya qoydu. Makronun buraxdığı səhvlər o qədər böyükdür ki, o çoxdan siyasətdən gedərək apardığı prinsiplərin iflasa uğradığını etiraf etməli idi”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->