Xəbər lenti

Madonna ilk dəfə xəstəliyi haqqında danışdı:
Sənət 12:20 11.07.2023

Madonna ilk dəfə xəstəliyi haqqında danışdı: "Mən qayıdacağam"

Xəstəxanaya gözlənilmədən yerləşdirildikdən iki həftə sonra Madonna artıq gücünü bərpa etdiyini bildirən bir yazı dərc edib. O, selfi yayımlayıb.

Qaynarinfo xəbər verir ki, ünlü müğənni İnstaqram hesabında ona dəstək olan pərəstişkarlarına təşəkkür edib. https://www.instagram.com/p/CuheQvlOgmo/ .
"Müsbət enerjiniz, dualarınız və şəfa diləkləriniz və ruhlandırıcı sözləriniz üçün təşəkkür edirəm", - deyən 64 yaşlı müğənni selfi ilə birlikdə paylaşdığı açıqlamada bildirib.

"Xəstəxanada oyananda ilk düşündüyüm uşaqlarım oldu. İkinci fikrim o oldu ki, turum üçün bilet alanları məyus etmək istəmirəm. Mən də son bir neçə ay ərzində bu şouda mənimlə yaxından əməkdaşlıq edən insanları ruhdan salmaq istəmədim. Mən kimisə məyus etməyə nifrət edirəm”, - o yazıb.
 


"İndi bütün diqqətimi sağlamlığa və bərpaya yönəltmişəm. Və sizi əmin edirəm ki, bacardığım qədər geri qayıdacağam”, - deyə müğənni əlavə edib.

O, həmçinin, turun ABŞ-dakı mərhələsini tamamilə dəyişdirməyi və oktyabr ayında Avropa mərhələsi ilə tura başlamağı planlaşdırdığını açıqlayıb. Turun Avropa hissəsinin ilk tarixi oktyabrın 14-üdür.

Qeyd edək ki, Madonnanın dünya turnesi bu şənbə, iyulun 15-də Vankuverdəki konserti ilə başlamalı idi, lakin iyunun 24-də müğənni ağır bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilib. O, süni nəfəs aparatına qoşulub və reanimasiyaya yerləşdirilib. Eyni zamanda, onun meneceri Qay Osiri müğənninin səhhəti ilə bağlı narahatlıqlara görə qastrol səfərinin dayandırıldığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->