Kübra Əliyeva: "Kaş ki Tünzalə evini yox, özünü qurtaraydı”
"Tünzalə xalqa müracət edib, evini qutarınca, kaş özünü xilas edərdi”.
Qaynarinfo xəbər verir ki, bunu Əməkdar artist Kübra Əliyeva "Baku TV"də yayımlanan "Arzunun vaxtı” verilişində deyib.
O, Tünzalə Əliyevanın ölümündən sarsıldığını bildirib:
"Adam bilmir nə desin. Çox cavan idi, yaşamağa ümidləri var idi. Allahdan həmişə vaxt istəyirdi. Deyirdi "Allah mənə imkan versin, balamı məktəbə aparım”. Çox ağır fəsadlar verdi xəstəliyi ona. Onda olan xərcənglə bu gün milyonlarla qadını yaşayır. Biri mən özüm, həmin mərhələni keçmişəm. Tünzalə qara torpağa yaraşmırdı. Kaş balası ilə kirayədə yaşayaydı. Qara torpağa yaraşmırdı, Tünzalə”.
Qeyd edək ki, mərhum Əməkdar artist tünzalə Əliyeva xərçəng olduğu günlərdə xalqa müraciət edərək, ipoteka ilə götürdüyü evin pulunun ödənilməsi üçün yardım istəmişdi.
Tünzalə Əliyeva uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Aktrisa yanvarın 22-də dünyasını dəyişib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər