Xəbər lenti

Keçmiş deputatla Eldar Əzizov arasında torpaq qalmaqalı
Ölkə 14:56 13.11.2023

Keçmiş deputatla Eldar Əzizov arasında torpaq qalmaqalı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) İctimai Birliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq mübahisəsi yaranıb. 

Qaynarinfo xəbər verir ki, AVCİYA bu mübahisədən dolayı məhkəməyə müraciət edib. 

Təşkilatın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Rüstəm Kərimli iş üzrə hakim təyin edilib. 

AVCİYA 2004-cü ildə təsis edilib. Təşkilatın prezidenti Elxan Süleymanovdur. 

Elxan Süleymanov Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olub. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2018-ci ildən bu vəzifədədir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->