Xəbər lenti

Kamil Zeynallı Bakıda (VİDEO)
Ölkə 08:26 22.02.2024

Kamil Zeynallı Bakıda (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Moskvanın "Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, o artıq Bakıya qayıdıb.

K. Zeynallını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->