Xəbər lenti

İtaliyada Spartakla Roma ordusu arasında həlledici döyüşün yeri tapıldı
Dünya 23:33 15.07.2024

İtaliyada Spartakla Roma ordusu arasında həlledici döyüşün yeri tapıldı

Arxeoloqlar İtaliya meşəsində qladiator Spartak və onun üsyançıları ilə epik toqquşma zamanı Roma ordusunun istifadə etdiyi daş divar aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.

Daş divar və torpaqda möhkəmləndirmə işləri Cənubi Kalabriyadakı Dossone della Melia meşəsində 3 km-dən çox uzanır. Tədqiqatçılar bu tikililərin eramızdan əvvəl 71-ci ildə Spartak və onun üsyankar qullarının qarşısını almaq üçün Roma sərkərdəsi Mark Lisinius Kras tərəfindən tikildiyini müəyyən ediblər. 

Bu yerdə qədim divarın olduğunu bilən yerli ekoloqlar bu barədə arxeoloqlara məlumat veriblər. Ərazinin tədqiqi üçün qabaqcıl radar və lazer skan etmə üsullarından, həmçinin torpaq nümunələrinin təhlilindən istifadə edilib. Məlum olub ki, hazırda mamırla örtülmüş və demək olar ki, 1,5 km uzanan divara paralel olaraq dərin xəndək gedirmiş. "Fossa və agger" (xəndək və torpaq) kimi tanınan bu müdafiə sistemi Roma tikintisi üçün xarakterikdir.

Bu yerdə qırıq dəmir alətlər də tapılıb: qılınc sapları, əyri bıçaqlar, ox və nizə ucları. Bu, burada əhəmiyyətli döyüşün getdiyini təsdiqləyir. Tarixçilər yunan filosofu Plutarxın "Krassın həyatı" kimi yazılarda döyüşü və Spartakın qarşısını almaq üçün tikilmiş divarı qeyd edirlər.

Arxeoloqlar hesab edirlər ki, Spartak çox güman ki, Krassın qurduğu tələdən xilas olmaq üçün divara hücum edib. Spartak və 70-ə yaxın digər qladiator qulları Üçüncü qul müharibəsi zamanı Kapuadakı məktəbdən qaçaraq Roma qüvvələri üzərində bir neçə qələbə qazanıblar.

İtaliyanın Mədəniyyət Nazirliyindən arxeoloq Andrea Maria Gennaro "LiveScience”a bildirib ki, tapılan silahların tədqiqi və onun son Respublika dövrünün analoqları ilə müqayisəsi epik toqquşmanın yerini təsdiqləyir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->