Xəbər lenti

İran Aİ-nin sanksiyalarından narazıdır və Rusiyaya ballistik raketlər göndərdiyini inkar edir
Dünya 16:30 15.10.2024

İran Aİ-nin sanksiyalarından narazıdır və Rusiyaya ballistik raketlər göndərdiyini inkar edir

İran Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan narazılığını bildirib və Rusiyaya ballistik raketlərin tədarükü iddiasını rədd edib.

Qaynarinfo İran Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu nazirliyin nümayəndəsi İsmayıl Bəqayi bildirib.

Avropa İttifaqı oktyabrın 14-də İranın Rusiyaya ballistik raketlər tədarükündə iştirakına görə "İran Air” də daxil olmaqla 7 fiziki şəxs və 7 quruma qarşı sanksiyaları təsdiqləyib.

Siyahıya "Saha Airlines” və "Mahan Air” şirkətləri, həmçinin İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri də daxil edilib.
Eyni zamanda Böyük Britaniya İrana qarşı sanksiya rejiminə 9 yeni sanksiya əlavə edib.

Keçən ay ABŞ müttəfiqləri ilə paylaşdığı kəşfiyyat məlumatlarına istinad edərək, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə İrandan ballistik raketlər aldığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyaya ballistik raketlərin verilməsini təkzib edir.

"Təəssüf ki, bəzi Avropa ölkələri və Böyük Britaniya İranın bu münaqişəyə hərbi yolla müdaxilə etdiyini sübuta yetirmədən bəyan ediblər və bu, tamamilə təkzib olunub", - Bəqai Rusiyanın Ukraynaya qarşı müharibəsinə toxunaraq deyib.

Bəqayi bildirib ki, Avropa İttifaqı və Böyük Britaniyanın iranlı şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etməsi beynəlxalq hüquq normalarına ziddir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun tanınmış rəsmiləri, "İran Aircraft Manufacturing Industries” və "Aerospace Industries Organization”in icraçı direktorları da Aİ-nin qərarı çərçivəsində sanksiyalara məruz qalıb. Sanksiyalar arasında aktivlərin dondurulması və Avropa İttifaqına səyahət qadağası var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->