Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni sədr təyin edilib.
Qaynarinfo Fonda istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayevadır.
O, indiyə qədər Şuranın sədr müavini olub və sədr vəzifəsində AMB-nin digər Baş direktoru Toğrul Əliyevi əvəz edib.
G.Paşayevanın əvvəlki vəzifəsinin icrası isə AMB-nin daha bir baş direktoru Şahin Mahmudzadəyə həvalə olunub.
Şuranın digər üzvləri isə əvvəlki qaydada Elnur Əliyev (iqtisadiyyat nazirinin I müavini), Sadiq Əliyev (Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri), Ziyəddin Allahverdiyev (Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri), Abbas İbrahimov ("Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri) və Rövşən Allahverdiyevdir ("Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri).
Şərhlər