Xəbər lenti

Ölkə 22:26 24.06.2024

"Ermənistan Qərbi Azərbaycanın tarixi torpaqlarıdır" - Deputat

"Qədim Naxçıvan torpağında belə bir festivalın keçirilməsi olduqca önəmli hadisədir. Qərbi Azərbaycan Naxçıvanla vaxtı ilə eyni bölgə olublar. Bu insanlar xaraktercə, mədəniyyətcə bir-birlərinə həddən artıq yaxındırlar. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın digər bölgələrində də belə festivallar keçiriləcək”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Naxçıvanda "Qərbi Azərbaycana qayıdış” festival-konqresinin məqsəd və məramından danışarkən deyib.

Deputat bildirib ki, hər bir azərbaycanlı Qərbi Azərbaycan mövzusuna çox həssas yanaşır, bunu özünün şəxsi məsələsi kimi qəbul edir:

"Görünən ondan ibarətdir ki, Qərbi Azərbaycan mövzusu heç bir zaman insanların qəlbindən çıxmayacaq. Qərbi Azərbaycan mövzusu əslən Qərbi Azərbaycandan olanlar deyil, bütün Azərbaycan xalqının məsələsidir. Xaricdən müəyyən qüvvələrin Azərbaycan əlehinə apardğı təxribatlar Azərbaycanı bir neçə yerə böldü. Qədim Azərbaycan torpaqlarında süni Ermənistan deyilən dövlət yaradıldı, zaman-zaman insanlarımız oradan didərgin salındılar. Bu, milyonlarla insan deməkdir”.



Aydın Mirzəzadə bu gün həmin insanların öz dədə-baba yurduna qayıtmaq hüququnun olduğunu vurğulayıb:

"Bunu beynəlxalq hüquqla yanaşı insanlıq deyir. Ermənistan isə bu məsələni yaxına  qoymaq istəmir, qəbul etmir. Ancaq onların qəbul etməyi ilə deyil, ora bizim dədə-baba, tarixi torpağımızdır”. 

Qeyd edək ki, iyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->