Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər (VİDEO)
Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır.
25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü iki otaq, 28-i üç otaqlı, 14-ü dördotaqlı, dördü beş otaqlıdır.
"Bundan əlavə kənddə 300 kvadratmetrdən ibarət olan alış-veriş mərkəzi və market də tikilib”, – deyə direktor müavini qeyd edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər