"Məncə, Bəhram Bağırzadə də daxil olmaqla bizim bir çox tanınmışın bu barədə danışmaq haqqı yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Şərif Ağayar Əməkdar artist Bəhram Bağırzadənin regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsinə münasibətibndə deyib. Yazıçı bildirib ki, demoqrafiya problemindən əlavə Azərbaycan xalqının daha böyük, tale yüklü dərdləri var:
"Aşağı-yuxarı bütün həyat fəlsəfəsi kiməsə yarınmaq üzərində qurulan adamların bundan danışmağa cəsarəti çatmır. Sakit də qala bilmirlər. Nəsə deməlidirlər ki, unudulmasınlar. Hətta özünü söydürmək naminə də olsa... İndi özünü söydürmək də bir iş, bir peşə, bir xidmətdir. Son illər keçmiş "KVN-şik”lərin sosial-siyasi məsələlərlə bağlı çıxışı azad mediada həmişə gülüş və etiraz doğurur. Bu yaxınlarda Tahir İmanov da bahalaşma haqqında öz komik personajlarına uyğun bir açıqlama vermişdi. Məncə, fikir vermək lazım deyil. Reaksiya verdikcə onları gündəmə gətiririk. Elə istədikləri də budur”.
Şərif Ağayar deyir ki, demoqrafiya problemi dünyanın hər tərəfində var:
"Bizdə də həm müharibə, həm regionlardakı məmur özbaşınalığı, həm də dolanışığın olmaması səbəbindən daha şiddətlidir. Bakı doğrudan da kitab, teatr, kino bir yana, adi davranış qaydalarını bilməyən, şəhər mədəniyyətindən uzaq yüz minlərlə insanın yaşadığı nəhəng bir kəndə çevrilib. Qanun-qaydalar da feodalizm dövrünü xatırladır. Lakin bu haqda danışmaq üçün gərək sənin mənəvi haqqın olsun. Onda dediyin sözə də qulaq asarlar”.
Qeyd edək ki, Əməkdar artit Bəhram Bağırzadə regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".
Bahar Rüstəmli
Şərhlər