Əməkdar artist Tünzalə Əliyeva bu gün uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Qaynarinfo xəbər verir ki, mərhumun həyat yoldaşı Röyal onun ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib:
"Sən gördüyüm, tanıdığım ən gözəl insan, ən gözəl həyat yoldaşı idin. Mənə ata, ana, bacı, qardaş oldun. Ən yaxın dostum idin...Gözəl həyat yoldaşım, mən səndən çox razı oldum, Allah da səndən razı olsun. İnşallah, qiyamətdə görüşərik".
Şərhlər