Xəbər lenti

EPF: “Göyçə gölünü qanunsuz dağ-mədən işləri və onun ağır metal tullantıları çirkləndirir” (FOTO)
Siyasət 11:05 03.02.2024

EPF: “Göyçə gölünü qanunsuz dağ-mədən işləri və onun ağır metal tullantıları çirkləndirir” (FOTO)

"Environmental Protection First” Koalisiyası Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirməlidir.

Bildirilib ki, bununla da illərdir həllini tapmayan suyun təmizlənməsi problemi aradan qalxacaq.

Qeyd edək ki, ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına N.Paşinyandan cavab gəlib.

O hökumət iclasında etiraf edib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır.

N.Paşinyan uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. Hökumət başçısı bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsə də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir.

Xatırladaq ki, son vaxtlar ekoloji yönümlü QHT-lər, ekofəallar həyəcan təbili çalır ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir, ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur, bu sudan istifadə edən insanların sağlamlığı isə təhlükə altındadır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->