İş düzəltmək agentlikləri, 5 manat verib CV hazırlatdırmaq, tanış-bilişə iş üçün müraciət etmək, "yaxşı iş olsa mənə deyərsən” tipli tapşırıqlar – artıq o vaxtlar geridə qalır. İndi texnologiyanın inkişafı ilə işaxtaranlar vakant işləri onlayn axtarış platformalarında tapa bilirlər. Bu araşdırmada "Azərbaycanda ən yaxşı iş elanları saytı hansılardır?” mövzusuna baxacağıq.
Qeyd edək ki, araşdırmada 2 tərəf nəzərdə tutulur:
Biz ən yaxşı iş saytlarını seçəndə həm işəgötürən, həm də işaxtaran üçün uyğun olmasını diqqətə almalıyıq.
Əvvəldən razılaşaq ki, söhbət yerli saytlardan gedir. Linkedin, hh.ru və s. qlobal platformaları buraya aid etmirik.
Həmçinin, məqsədimiz ən yaxşısını seçməkdir (ən çox adam girən, ən çox izləyicisi olan, ən premium yox).
Vakansiya saytlarını müqayisə etmək üçün bəzi parametrləri seçdim.
Aparılan analizin nəticəsini ümumi cədvəl şəklində aşağıda görə bilərsiniz:
Busy.az saytının reytinqdə birinci yerə çıxması təəccüblü deyil:
Əsas minus (mənfi cəhəti) odur ki, vakansiyaya baxış və müraciət statistikası yoxdur. Başqa kriteriyalarda isə bütün digər saytları üstələyir.
Hellojob.az, iş axtaran və işverənləri bir araya gətirən bir
platformadır. Saytda geniş iş elanları, şirkətlər haqqında məlumatlar,
interaktiv alətlər mövcuddur. İş axtaranlar sayt üzərindən CV-lərini
göndərərək və ya elanlara müraciət edərək uyğun işi tapa bilərlər.
İşverənlər isə vakansiyalarını saytda yerləşdirərək geniş bir iş axtaran
kütləsinə çatmaq imkanı əldə edirlər.
Statistik göstəricilərinə görə ölkədə 2-ci ən çox girilən saytdır.
Bu sayt xüsusilə də dizaynına görə rahatdır.
Yeni olmasına baxmayaraq Azərbaycanda fəal olan iş axtarış
saytlarından biridir. Sayt iş axtaranlar üçün müxtəlif sahələrdə iş
imkanlarını təklif edir.
Elə bir qeyri-adi özəlliyi yoxdur, amma bir vakansiya saytı üçün lazım olacaq şeylərin çoxu yaxşı səviyyədə tətbiq olunub.
Browser.az saytının dizaynı heç yaxşı deyil, rənglər içində adam itib-batır. Amma etiraf etmək lazımdır ki, saytın strukturu yaxşıdır. Hər ixtisasın, şəhərin, kateqoriyanın və s. ayrıca səhifəsi var.
"Jobsearch.az” Azərbaycanın ən ilk iş elanı saytlarından biridir. 2005-ci ildən fəaliyyət göstərən sayt, Azərbaycan ərazisində müxtəlif sahələrdə iş axtaranların və vakant yerlər tələb edən şirkətlərin olduğu bir platformadır. Hazırda ən çox traffiki olan, ən çox adamın girdiyi sayt ölkədə birincidir. Vakansiyaları yerləşdirmək ödənişlidir.
Azərbaycanda ən çox ziyarət edilən iş axtarış saytlarından biridir. Saytın vakansiya bazası genişdir və istifadəçilər üçün hər zaman güncəl məlumatlar təqdim edilir. Sürətinə görə seçilir, mobil telefonda ən tez açılan saytdır.
Köhnə interfeysi olan bu saytın aktiv vakansiyalarının sayı da digərlərinə nisbətən azdır. Loqoları iyrəncdir, sayt özündə etibarlı imic yaratmır.
Layihə fəaliyyətinə 2008-ci ildə başlayıb və hal-hazırda geniş vakansiya saytlarından biridir. Saytın interfeysi sadə, daha doğrusu primitivdir. Filtrləmə imkanları zəifdir, amma illər öncə ölkədə ən populyar vakansiya saytlarından biri idi. Əsasən aşağı maaşlı işlər burada nəşr olunur.
Əsas məqsədi şirkətlər və iş axtaranlar arasında bir bağlantı yaratmaq olan Vakansiya.az saytının yaxşı adı olsa da, dizayn və funksional baxımından geri qalır.
Position.az – daha bir köhnəsayağı, funksionalına və tanıtımına görə ortabab bir iş elanı saytdır.
Yeni açılmış HRin.co bir sıra yenilikləri özündə cəmləşdirən iş elanı platformasıdır. Daha çox sosial mediada reklam olunur, saytın özünün ayrıca loyal kütləsi yoxdur.
Azərbaycanda iş elanı saytları arasında ən yaxşısını seçmək əslində çətin görünə bilər. Amma analizimizin köməyilə ən populyar olan və ən geniş funksionala malik vakansiya saytlarını düzgün kriteriyalar ilə seçmək mümkündür.
Əslində jobsearch.az funksionalına, imkanlarına görə digər saytlardan xeyli geri qalır. Amma populyar olduğuna, insanların yadında hələ də qaldığına görə sıralamanı aşağıdakı kimi etməyi daha düzgün hesab edirəm. Beləliklə, top 3 iş elanı saytı:
İş axtarmaq istəyən, daha yaxşı maaşlı vakansiyalara üz tutmaq istəyən şəxslər bu 3 sayta baxsalar onlara tam kifayət edər.
Müəllif: Aysel Soltanova, İKT sahəsində araşdırmaçı-ekspert
Şərhlər