Əmanətlərin Sığortalanması Fondu son yeddi ayda 1,2 milyon manatlıq vergi borcunu ödəməyib.
Valyuta.az-ın araşdırmasına görə, dekabrın ayının 14-nə qurumun yığılmış vergi borcu 1 milyon 192 min 750 olub. Bu isə may ayı ilə müqayisədə 4,6% çoxdur. Belə ki, bu ilin may ayında Fondun vergi borcu 1 milyon 140 min 405 manat təşkil etmişdi.
Qeyd edək ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Maraqlıdır ki, ƏSF həmçinin, son 2 il üzrə maliyyə və audit olunmuş illik hesabatlarını açıqlamır. Fondunun sonuncu illik hesabatı 2020-ci ilə aiddir. Bu isə bankların ləğvetmə prosesini həyata keçirən qurumun fəaliyyətində şəffaflıq məsələsini şübhə altına alır.
Şərhlər