"Dediyiniz fakt onu göstərir ki, Azərbaycan Yazıçılar Birliyi artıq çox pis iylənib”.
Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Əkrəm Əylisli Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına münasibət bildirərkən deyib. Əkrəm Əylisli təəssüf hissi ilə 1991-ci ili xatırladıb:
"1991-ci ilin fevral ayının 21-də Yazıçılar Birliyindən çıxmaq üçün Anara bir cümləlik ərizə yazdım. Orada bildirdim: "Get-gedə iylənməkdə olan və iyləndikcə daha çox üfunət saçan bir təşkilatın üzvü olmağın mənəvi məsuliyyətindən qurtulmaq üçün məni Azərbaycan Yazıçılar Birliyinin üzvülüyündən azad etmənizi xahiş edirəm”. Bu ərizəni yazandan sonra Azərbaycan Yazıçılar Birliyinə heç vaxt ayaq basmamışam”.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev müğənniyə quruma üzvlük biletini təqdim edib.
Bahar Rüstəmli
Şərhlər