Xəbər lenti

Ebru Gündəş özündən 12 yaş kiçik sevgilisi ilə evləndi - 4-cü evlilik
Maqazin 10:25 26.02.2024

Ebru Gündəş özündən 12 yaş kiçik sevgilisi ilə evləndi - 4-cü evlilik

Məşhur türk müğənni Ebru Gündəş yenidən evlənib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi özündən 12 yaş kiçik iş adamı Murat Özdəmirlə ailə həyatı qurub. Bu barədə səs sənətçisi Onur Akay məlumat yayıb və nikah Dubayda baş tutub.

"Ebru Gündəş və Murat Özdəmir Dubayda evləndi. Bal ayında cütlük Körfəz turuna çıxacaq", deyə Onur Akay bildirib.

Ebru Gündəşin ilk evliliyi 1990-cı ildə Həmdi Vardarla olub. Bu evlilik qısamüddət davam edib və cütlük 3 ildən sonra boşanıb. 49 yaşlı sənətçi Ömər Durakla ikinci evliliyini 2002-ci ildə etsə də, cütlük bir ildən sonra ayrılmaq qərarına gəlib. Ebru Gündəş 2010-cu ildə cənubi azərbaycanlı iş adamı Rza Zərrabla üçüncü evliliyini reallaşdırıb və cütlüyün 15 oktyabr 2011-ci ildə Alara adlı qızı dünyaya gəlib. Ebru Gündəş və Rza Zərrab 2021-ci ildə qalmaqallı şəkildə boşanıblar.
 

Hamdi Vardar - Ebru Gündəş. Ömər Durak - Ebru Gündəş. Rza Zarrab - Ebru Gündəş - Alara.

Üç dəfə evli olan Ebru Gündəşin 2023-cü ilin dekabrında 37 yaşlı Murat Özdemirlə yeni eşq yaşadığı məlum olub. Cütlük arasındakı 12 yaş fərqi gündəmə gəlib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->