Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində iştirak edib.
Qaynarinfo "axsam.az"a istinadən bildirir ki, sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib.
Toy sahiblərinin isə daha sonra hansı qiymətə və şərtlərlə razılaşdıqları məlum deyil.
Qeyd edək ki, məclisi təşkil edən şəxs tanınmış iş adamı Aydın Musayev olub. O, oğlu Raminin 3 övladına kiçik toy edib. A. Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var.
Şərhlər