Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı ABŞ təmsilçisi Tanner Rayan Sloan ilə qarşılaşıb.
Rəqibinə 2:10 hesabı ilə məğlub olan İslam İlyasov finala çıxa bilməyib.
O, bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, İslam İlyasov 1/4 final mərhələsində Yunus Qafurova (Ukrayna) qalib gəlib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
Şərhlər