Bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. Sənətçinin 76 yaşı olur.
Rasim Balayev Qaynarinfo-ya açıqlamasında heç bir arzusunun olmadığını açıqlayıb:
"Dünəndən təbrik edirlər məni, hamıya sağ olun deyirəm. Əziyyət çəkib zəng edirlər, yazırlar. Sağ olsunlar. Hər şey normaldır, həyat davam edir. Bu yaşdan sonra nə istək... Bundan sonra heç bir arzum yoxdur. Sadəcə bundan sonrakı ömrümü sağlam yaşamağı istəyirəm. Heç bir xəstəlik olmadan. Vəssalam".
Bahar Rüstəmli
Şərhlər