Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən Naviqasiya, kommunikasiya axtarış va xilasetma üzra alt komitəsinin 11-ci sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin (GHİM) direktoru Məzahir Niftiyev və liman kapitanı Azər Qəniyev iştirak ediblər.
Tədbir zamanı uzaq məsafədən tanınma və izləmə sisteminin müvafiq gəmilərdə quraşdırılması, gəmilərə sahilboyu xəbərdarlıqların yeni "NavDat” sistemi ilə ötürülməsi, həmçinin bələdçilərin gəmiyə keçid avadanlıqlarına aid olan tələblərinə yenidən baxılması məsələləri müzakirə edilib.
Sessiya çərçivəsində DDLA-nın nümayəndə heyəti ikitərəfli görüşlərdə iştirak edib. Görüşlərdə dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Agentliyin nümayəndə heyəti Beynəlxalq Mobil Peyk Təşkilatının baş direktoru Laurent Parente ilə görüşüb. Görüş zamanı DDLA-nın UMTİ sistemi, o cümlədən gələcəkdə bu təşkilata üzvlük məsələləri müzakirə edilib.
Qeyd edək ki, tədbir çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının Naviqasiya, kommunikasiya axtarış və xilasetmə üzrə alt komitəsinin katibi və katib müavini seçilib.
Şərhlər