Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ekonomiks 12:01 26.10.2024

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, xəbərdarlığa əsasən, sabah axşam saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi  oktyabrın 27-si  günün ikinci yarısınadək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək  güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->