Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması istiqamətində yeniliklər edib
Ekonomiks 11:50 19.09.2024

Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması istiqamətində yeniliklər edib

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin sertifikatlaşdırılması işinin, o cümlədən dənizçilərə sertifikatların (diplomların) verilməsi üzrə imtahanların təşkili, bununla bağlı ərizələrin qəbulu prosesinin təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirilib. 

Belə ki, cari il oktyabr ayının 1-dən etibarən sertifikatların (diplomların) verilməsi üzrə agentlikdə təşkil olunan imtahanlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla saat 09:00, 11:00 və 14:00-da keçiriləcək. 

Digər yenilik gəmi heyəti üzvləri ilə bağlıdır. Müvafiq sahə üzrə təhsili olan dənizçinin sənədi "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın, eyniadlı Məcəllənin və Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının minimum tələblərinə cavab verərsə, həmin şəxs sertifikat (diplom) əldə etmək imkanı qazanacaq. 

Dənizçilər həyata keçiriləcək yeniliklərlə bağlı agentliyin Çağrı Mərkəzinə (012 497 44 05)  zəng etməklə, eləcə də [email protected] e-poçt ünvanına müraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər. 

Qeyd edək ki, islahatların məqsədi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması, daha keyfiyyətli və operativ xidmət göstərməklə vətəndaş məmnunluğunun artırılmasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->